AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyanın Baş naziri BMT-nin xüsusi məruzəçisini mükafatlandırıb

  • + A
  • - A
  • 7-05-2026, 21:51

    İspaniyanın Baş naziri BMT-nin xüsusi məruzəçisini mükafatlandırıb


    Pedro Sánchez BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albaneseni vətəndaş xidmətlərinə görə xüsusi fərqlənmə nişanı ilə təltif edib. Məlumata görə, mükafat onun Qəzza zolağında baş verən hadisələrlə bağlı fəaliyyəti və mövqeyinə görə təqdim olunub.

    Albanese İsrailin Qəzzadakı hərbi əməliyyatlarını sərt tənqid edərək, Təl-Əvivi soyqırımı və fələstinlilərə qarşı hərbi cinayətlər törətməkdə ittiham edib.

    Pedro Sançes isə son dövrdə həm İsrailin Qəzza əməliyyatlarının, həm də ABŞ və İsrailin İranla bağlı siyasətinin Avropadakı əsas tənqidçilərindən biri kimi çıxış edir. O, bu addımların beynəlxalq hüquqa zidd olduğunu bildirib.

    İspaniya hökumətinin başçısı Avropa səviyyəsində İsrailə silah embarqosunun tətbiqini, Fələstin dövlətinin tanınmasını və ABŞ qüvvələrinin İrana qarşı əməliyyatlar üçün İspaniya bazalarından istifadəsinə məhdudiyyət qoyulmasını müdafiə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR