AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keniya XİN başçısı: Ukrayna cəbhəsində 19 Keniya vətəndaşı həlak olub

  • + A
  • - A
  • 7-05-2026, 21:57

    Keniya XİN başçısı: Ukrayna cəbhəsində 19 Keniya vətəndaşı həlak olub

    Keniyanın xarici işlər naziri Musalia Mudavadi Ukrayna cəbhəsində döyüşlər zamanı 19 Keniya vətəndaşının həlak olduğunu açıqlayıb. O bildirib ki, daha 32 nəfər itkin düşmüş hesab olunur.

    Nazir Senat komitəsinin iclasında çıxışı zamanı qeyd edib ki, Rusiya ordusuna qoşulan keniyalıların sayı əvvəlki 250 nəfərlə müqayisədə 291 nəfərə yüksəlib. Bununla yanaşı, ölkənin xüsusi xidmət orqanları bu rəqəmin daha yüksək olduğunu və 1000-dən çox keniyalının Rusiya Silahlı Qüvvələrinə cəlb edildiyini ehtimal edir.
    Mudavadinin sözlərinə görə, hazıradək 53 keniyalı geri qaytarılıb.

    “Rusiyada həlak olduğu ehtimal edilən 19 Keniya vətəndaşı barədə məlumatımız var. Hazırda isə 32 nəfər itkin düşmüş sayılır”, – deyə nazir bildirib.

    O əlavə edib ki, daha iki Keniya vətəndaşı Ukraynada əsir saxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR