“Şəhid Rəhbər İmam Xamenei” adlı hərbi təlim keçirildi.
“Şəhid Rəhbər İmam Xamenei” kod adlı hərbi təlim Tehranda SEPAH-ın Məhəmməd Rəsulullah Diviziyası tərəfindən helikopter-desant əməliyyatlarına qarşı mübarizə istiqamətində keçirilib.
Diviziyanın komandiri və təlimin rəhbəri briqada generalı Həsən Həsənzadə bildirib ki, təlimdə iştirak edən SEPAH və Bəsic komando bölmələri tam döyüş hazırlığı vəziyyətindədir.
O qeyd edib ki, hərbi təlim zamanı əvvəlcədən hazırlanmış bütün ssenarilər, eləcə də istənilən ərazi şəraitində düşmənə qarşı komanda və fərdi taktika və üsullar məşq etdirilib və qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.