AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: “Ya İran razılaşmaya gedəcək, ya da ABŞ bu məsələyə son qoyacaq”

  • + A
  • - A
  • Bu gün, 09:05

    Tramp: “Ya İran razılaşmaya gedəcək, ya da ABŞ bu məsələyə son qoyacaq”


    ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın vaxtlarda başa çatacağını bildirib. Onun sözlərinə görə, Tehran ya Vaşinqtonla razılaşma əldə etməli, ya da ABŞ münaqişəyə son qoyacaq.

    Tramp bu barədə Right Side Broadcasting Network (RSBN) telekanalına müsahibəsində danışıb.

    “Biz artıq böyük qələbə qazanmışıq və çox yaxında hər şeyi bu və ya digər şəkildə başa çatdıracağıq. Ya onlar razılaşma əldə edəcəklər, ya da biz bu məsələyə son qoyacağıq”, – deyə ABŞ Prezidenti bildirib.

    Tramp qeyd edib ki, İran üçün razılaşmaya getmək “bəlkə də daha asan yol” ola bilər.

    İranın xarici işlər naziri Abbas Əraqçi isə bazar günü bildirib ki, Tehran Vaşinqtonun rasional davranacağına və hərbi qarşıdurmanın yenidən başlaması əvəzinə diplomatiyaya üstünlük verəcəyinə ümid edir.

    “Biz diplomatik səylər göstəririk və ümid edirik ki, qarşı tərəf rasional yanaşma nümayiş etdirəcək, digər variantlar əvəzinə diplomatiyanı seçəcək”, – deyə nazir vurğulayıb.

    Bununla yanaşı, Əraqçi İran hərbçilərinin döyüş əməliyyatlarının yenidən başlaması ehtimalına qarşı hazırlıq gördüyünü də qeyd edib.

    Şənbə günü ABŞ dövlət katibi Marko Rubio da Trampın İranla fikir ayrılıqlarını döyüş meydanında deyil, danışıqlar masası arxasında həll etməyə üstünlük verdiyini açıqlayıb.

    “Prezident Tramp problemin diplomatik yolla həllinə üstünlük verir”, – deyə Rubio Atlantada keçirilən mətbuat konfransında bildirib.

    ABŞ dövlət katibi, həmçinin zərurət yaranacağı təqdirdə Amerika silahlı qüvvələrinin İran məsələsini hərbi güc yolu ilə həll etmək üçün kifayət qədər gücə malik olduğunu iddia edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR