AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfərbərliyə çağırılan ruslar bu işləri görməyə cəlb olunacaqlar

  • + A
  • - A
  • 29-09-2022, 22:05

    Səfərbərliyə çağırılan ruslar bu işləri görməyə cəlb olunacaqlar


    Səfərbərlik çərçivəsində çağırılan ruslar döyüş koordinasiyasından keçdikdən sonra yeni ələ keçirilən ərazilərə nəzarət və müdafiə tapşırıqlarını yerinə yetirəcəklər.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, səfərbər olunanlar lazımi heyətlə təmin olunduqdan sonra bu vəzifələri yerinə yetirəcəklər.

    "Döyüş koordinasiyası aparıldıqdan sonra səfərbər edilmiş vətəndaşlardan və könüllülərdən ibarət bölmələr işğaldan azad edilmiş ərazilərə nəzarət və müdafiə üzrə tapşırıqların icrasına başlayacaq", - məlumatda deyilir.

    Həmçinin əlavə edilib ki, onlar ehtiyat və gücləndirici birləşmələrin tərkibində fəaliyyət göstərəcəklər.

    TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR