AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: “Putinlə ortaq mövqeyimiz var”

  • + A
  • - A
  • 14-07-2023, 21:12

    Ərdoğan: “Putinlə ortaq mövqeyimiz var”

    Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərə hazırlaşdığını və taxıl müqaviləsi ilə bağlı ortaq mövqelərə malik olduqlarını bildirib.

    “Bilirsiniz, biz avqustda cənab Putini qəbul etməyə hazırlaşırıq. Bizim Qara dəniz taxıl təşəbbüsü ilə bağlı ortaq mövqeyimiz var. BMT-nin baş katibi Antonio Quterreş Putinə məktub göndərib. Ümid edirəm ki, bu məktub və Rusiya ilə birgə səylərimizlə taxıl dəhlizi sazişini uzadacağıq. Putinlə ortaq mövqelər sayəsində biz ən az inkişaf etmiş, yoxsul Afrika ölkələrinin problemlərinin həllinə töhfə verəcəyik”, - Ərdoğan bildirib.

    Qeyd edək ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun iyulun 10-da verdiyi məlumata görə, dövlət başçısının Türkiyəyə mümkün səfərinin vaxtı hələlik məlum deyil.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR