AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA-nın professorundan şok açıqlama: “Yadplanetlilər mövcuddur, dövlət bunu gizlədir”

  • + A
  • - A
  • 29-07-2018, 09:30

    NASA-nın professorundan şok açıqlama: “Yadplanetlilər mövcuddur, dövlət bunu gizlədir”















    NASA-nın sabiq əməkdaşı, Olbani universitetinin fizika üzrə professoru iddia edir ki, bir çox ölkənin hökuməti yadplanetlilər mövzusunda susur.
    Alimin fikrinə əsasən, bəşəriyyət UNO-ların həqiqətən də yadplanetlilər olduğunu gec-tez biləcək.

    Professor məqaləsində bildirib ki, Kainatda bizdən başqa kimlərin olduğunu kimsə bilmir: “Digər tərəfdən isə, belə böyük bir Kainatda tək ola bilmərik.

    NASA əməkdaşı kimi 2002-ci illərdən konfranslarda iştirak etmişəm. Bu konfransların məqsədi yerdənkənar sivilizasiya barədə məlumat vermək idi. Görüşlərin birində konfrans iştirakçılarından biri əsəbi halda dedi: “Siz qətiyyən təsəvvür edə bilməzsiz ki, orada nələr var”. Bundan sonra zala sakitlik çökdü və hamı onun nə demək istədiyini başa düşdü. İnsanlar yadplanetlilərin Yerə səfərindən qorrxular. Ulduzlar arasında məsafə çox böyükdür. Amma daha yüksək inkişaf etmiş sivilizasiyalar üçün bu elə də böyük məsafə deyil. Mən hər zaman UNO ilə maraqlanmışam.

    1988-ci ildə Montana universitetində tələbə idim. Bir neçə tələbə ilə bu ştatda baş verən paranormal hadisələri müzakirə edirdik. Bizim professor bu söhbəti eşitdi və bizə qoşuldu. O, qeyd etdi ki, Malmstrom bazasında işləyən dostu var. UNO-lar nüvə raketlərini sıradan çıxarırlar. O vaxt elə bildim ki, professor yalan danışır. Amma 20 il sonra konfransda bir neçə hərbçi ilə tanış oldum və onlardan ikisi Malmstromdan idi. Hərbçilər 1960-cı illərdə baş verənlərdən danışdılar.

    UNO qəliz məsələdir. Heç kəs onların nə vaxt və harada peyda olacağını bilmir. Amma bilirəm ki, bu məsələni müzakirə etmək ciddi şəkildə qadağan edilib. Son bir neçə onillikdə isə artıq cəmiyyət bu cür məlumatlar əldə edib. Amma alimlər hər dəfə bunun UNO yox, təbiət hadisəsi olduğunu, insan əli ilə ortaya atıldığını deyirlər. Onlar deyirlər ki, UNO kosmik gəmi ola bilməz və yadplanetlilər Yerə səfər etmirlər. UNO mövzusu ciddi elmi tədqiqat və rasionmal müzakirələr üçün qapadılıb.
    1997-ci ildə Çili hökuməti “Comite de Estudios de Fenomenes Aereos Anomalos” adlı qurum yaratdı. Ötən il isə qurum siqarabənzər UNO-nun görüntülərini yaydı. Braziliya, Kanada, Danimarka, Ekvador, Fransa, Yeni Zelandiya, Rusiya, İsveçrə və Böyük Britaniya kimi dövlətlər 2008-ci ildən UNO ilə bağlı bir sıra məxfi məlumatları yaydılar. Bəlkə də cəmiyyəti artıq buna hazırlayırlar?”

    NASA-nın professorundan şok açıqlama: “Yadplanetlilər mövcuddur, dövlət bunu gizlədir”NASA-nın professorundan şok açıqlama: “Yadplanetlilər mövcuddur, dövlət bunu gizlədir”NASA-nın professorundan şok açıqlama: “Yadplanetlilər mövcuddur, dövlət bunu gizlədir”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR