AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın təxribatlarına qarşı həyata keçirilən tədbirlər və əməliyyat şəraiti təhlil olundu

  • + A
  • - A
  • 3-08-2024, 14:41

    Ermənistanın təxribatlarına qarşı həyata keçirilən tədbirlər və əməliyyat şəraiti təhlil olundu

    “Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib”.

    Bu, Müdafiə Nazirliyinin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasına dair yaydığı məlumatda qeyd olunub.

    İclasda Prezident İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.

    Ölkə başçısının səsləndirdiyi “Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir” ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR