AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə, “bitib-tükənməz bənzərsiz təcrübələr” diyarı - Özəl

  • + A
  • - A
  • 5-08-2024, 17:51

    Türkiyə, “bitib-tükənməz bənzərsiz təcrübələr” diyarı -


    Bakı, 5 avqust — Azadmedia.az


    Türkiyədə tətil sıradan bir səyahət deyil, müxtəlif və zənginləşdirici təcrübələr yaşamaqdır. Ölkə səyahət və tur paketləri üçün Aralıq dənizində ən müxtəlif fəaliyyətləri təklif edir. Belə ki, bu cazibədar ölkədə atacağınız hər addım gözləntilərinzdən ötədə yeni bir macəra açır. İstanbulun canlı mədəni quruluşundan tutmuş Ege və Aralıq dənizi sahillərinin günəşlə qovuşduğu sahillərinə qədər, hər bir Türk destinasiyası, dünyaca məşhur türk qonaqpərvərliyi ilə tamamlanan bir çox unudulmaz təcrübə ilə dolu bir səyahət vəd edir.

    Antalya: unikal təkliflərlə dolu yay cənnəti
    Gözəlliyi ilə ziyarətçiləri valeh edən Türk Rivierası ən yaxşı dəniz və Mavi Bayraqlı çimərliklərdən daha çoxunu təklif edir. Türk Rivierası və onun "paytaxtı" Antalya ən nəfəs kəsən mənzərələri, ləziz Aralıq dənizi mətbəxini, gecə yarısına qədər açıq olan əzəmətli qədim yerləri və trekking marşrutlarından tutmuş su idmanlarına qədər sərgüzəştlər vəd edir. Bu müxtəlifliyi nəzərə alsaq, Antalyanın hər il milyonlarla turisti qəbul etməsi təəccüblü deyil. Şəhərin ailəvi mehmanxanalarında siz Mavi Bayraqlı çimərliklərdə dincələrkən övladlarınız oyun meydançaları, hovuzlar və uşaq klublarından həzz alaraq vaxt keçirə bilərlər. Siz həmçinin Olimpos kimi qədim şəhərlərdə arxeoloji ekspedisiyaya gedə, Likiya yolunu gəzə, Kaşda gəmi qəzaları və sehrli fauna arasında sualtı dünyasını kəşf edə, Patarada Santa Klausun doğulduğu diyarı kəşf edə, Belek, Aspendosdakı qolf kurortlarından həzz ala bilərsiniz. Qədim Teatrda mədəni şou izləmək və Köprülü çayında maraqlı rafting təcrübəsi şəhərin unikal, orijinal təcrübələrindəndir.

    Muğlanın istirahət məkanları və bodrumun simvolik cazibəsi
    Türkiyənin ən uzun sahil zolağına sahib olan Muğla Türkiyənin Fethiye, Marmaris, Datça, Göcek və Ölüdəniz kimi ən məşhur istirahət məkanlarına ev sahibliyi edir. Parlayan sulara malik gözəl sahil zolağında yerləşən bu şəhərciklər müxtəlif səyahət növləri üçün hər cür təcrübə təklif edir: mavi və yaşıl mənzərələr, qədim şəhərlər, füsunkar abidələr, təmiz hava, firuzəyi sular və təmiz körfəzlər. Lüks və bohem cazibəsinin birləşdiyi şəhərin görkəmli tətil məkanı Bodrum həm dincəlmək, həm də həyəcan yaşamaq üçün mükəmməl ünvandır. Bodrum o qədər fantastik yerdir ki, hətta bir vaxtlar burada qədim dünyanın yeddi möcüzəsindən biri olan Halikarnas Mavzoleyi də var idi. Bodrum sularının bənzərsiz mavisi, Egeyin heç bir yerində rast gəlinməyən bir ton, hər gün batımını unudulmaz edir. Ancaq burada sizi gözləyən təcrübələr bunlarla məhdudlaşmır. İstər çimərlik klubları, dəbli marinalar, Michelin ulduzlu gurme restoranları, istərsə də bohem istirahətlərinin rahat atmosferi, bir sözlə Bodrumda təklif olunan zəngin təcrübələr həqiqətən çox dəyərlidir!

    İstanbul: Tarixin, mədəniyyətin və kulinariya mükəmməlliyinin mozaikası
    Avropa, Asiya və tarix və müasirliyin mükəmməl şəkikdə birləşdiyi Türkiyənin metropoliti İstanbul, dünyanın turizm şəhərləri arasında özünəməxsus yerini əks etdirən füsunkar mozaika təqdim edir. Şəhərin hər dönüşü bizə onun zəngin keçmişini və Ayasofya, Qalata Qülləsi, Yerebatan Sarnıcı və daha çoxu kimi tarixi abidələri və memarlıq möcüzələri ilə zəngin keçmişini və multikultural kimliyini xatırladır... İstanbulun gəzdikcə, dünyanın ən qədim şəhərlərindən birində olduğunu başa düşürsən.

    Üstəlik, şəhərin səs-küylü bazarları, müasir ticarət mərkəzləri, geniş incəsənət və mədəniyyət səhnəsi və canlı məhəllələri unikal bir təcrübə yaradır. Hansı birini seçsəniz, İstanbulu ən orijinal formada yaşamalısınız. Michelin ulduzlu restoranlarda ləziz yemək masalarından tutmuş ən sadə, lakin dadlı küçə yeməklərinə qədər İstanbulu dünyanın ən yaxşı qastro şəhərlərindən birinə çevirən dinamik kulinariya mədəniyyəti səyahətinizi rəngarəng edəcək.

    Ölkənin tarixi möcüzələrini araşmaq, nəfis türk mətbəxini təcrübə etmək və ya sadəcə təbii gözəllikləri seyr etmək səyahətinizi unudulmaz bir xatirəyə çevirəcək. Türkiyədə təklif olunan tətil paketlərinin xidmət keyfiyyətinin zənginliyini nəzərə alsaq, təklif olunan məbləğ üçün mükəmməl bir dəyərdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR