Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.
Azadmedia.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin səfəri zamanı deyib.
Belə ki, Zelenski von der Leyen ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna Avropa İttifaqının təklif etdiyi 39 milyard dollarlıq krediti hava hücumundan müdafiə, enerji və yerli silahların alınması üçün istifadə etməyi planlaşdırır.
Həmçinin Zelenski ABŞ Prezidenti Co Baydenin Qələbə Planının əhəmiyyətini vurğulayaraq, onların görüşü zamanı bunu müzakirə edəcəklərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.