Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) yanında Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
Məlumata görə, Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinə iki müavin də təyin edib - Marat Jumabayev və Almas Naymantayev.
Qeyd edək ki, M.Jumabayev eyni zamanda Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə də təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.