BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.
Tərəflər Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlığın gündəliyini müzakirə edib, insan hüquqları, eləcə də münaqişədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.