AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADNSU-nun dekanı Naməd Paşayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilib - FOTO

  • + A
  • - A
  • 26-09-2024, 20:24

    ADNSU-nun dekanı Naməd Paşayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilib - FOTO



    Bakı, 26 sentyabr — Azadmedia.az


    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

    Azadmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir sıra əməkdaşları təltif edilib.

    Belə ki, ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin dekanı Paşayev Naməd Vəliş oğlu da “Tərəqqi” medalı ilə təltif edilib.

    Qeyd edək ki, ADNSU-nun dekanı Naməd müəllim universitetin şərəfli fəaliyyəti dövründə ölkəmizin ictimai-siyasi həyatında, elm və təhsilin inkişafında, yüzlərlə milli ziyalı kadrların yetişdirilməsində, gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətlər göstərib. Həmçinin Geoloji kəşfiyyat sahəsilə yanaşı, unuversitetdə pedaqoji mühitin formalaşmasında, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsində Naməd müəllimin misilsiz xidmətləri var. Bürün bunlarla yanaşı, N. Paşayev daima uğurlu təcrübələri təbliğ edib, elm və təhsilimizin aktual problemlərinin həlli yolunda da mühüm addımlar atıb.
    Bəli, onun müasir təhsilimizin dinamik inkişaf mərhələsindəki rolunun əhəmiyyəti danılmazdır.
    Paşayevin bütün xoşməramlı addımları eyni zamanda, ölkə Prezidentinin təhsilə verdiyi dəyərə və maarifçilik ideyalarına olan dəstəyin göstəricisidir..
    Əlbətdə ki, ADNSU ölkəmizdə tədris müəssisələri sırasında ilklərdə, zəngin tarixi keçmişə malik universitet olaraq, hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin də mərkəzi olub. Bu ocaqda Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil alıblar.
    ADNSU kollektivinin bundan sonrakı dönəmlərdə də, möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğının nəticəsində, təhsildə və elmdə yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirəcəyindən əminliyimizi bildiririk..

    Beləliklə, həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və həm də, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə, Universitetinin bir sıra əməkdaşlarının, eləcə də dəyərli elm insanı Naməd Paşayevin “Tərəqqi” medalı ilə təltif edilməsi ilə əlaqədar səmimi təbriklərimizi çatdırır, Naməd müəllim başda olmaqla, ADNSU-nun bütün peşəkar kollektivinə nailiyyətlər arzu edirik!
     

    Hörmətlə bütün təbriklərə qoşulur:
    Qardaşı Mübariz, qardaşı övladları;
    Nicat, Nahid və Nihad..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR