ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini yad edib.
Bu barədə ABŞ səfirliyinin feysbuk hesabında paylaşım edilib.
“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, - deyə paylaşımda Mark Libbinin sözləri yer alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.