NATO-nun yeni Baş katibi Mark Rütte alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını və innovasiyaları stimullaşdıracağını elan edib.
Azadmedia.az xəbər verir ki, Mark Rütte birinci prioritetin NATO-nu güclü saxlamaq və bütün təhdidlərə qarşı effektiv müdafiəni təmin etmək olduğunu bildirərək deyib:
Belə ki, “Bunun üçün bizə daha çox qüvvə, daha yaxşı imkanlar, daha sürətli innovasiya tempi lazımdır. Bu, daha çox investisiya tələb edəcək”.
Həmçinin Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pul xərcləməli olacaq, çünki “mövcud çağırışlar və gələcək vəzifələrin” həlli üçün pulsuz alternativ yoxdur.
Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatıb. Stoltenberq səlahiyyətlərini Niderlandın keçmiş baş naziri Mark Rutteyə ötürüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.