AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Ukrayna ilə 600 milyon dollarlıq müdafiə müqaviləsi imzaladı - KİV

  • + A
  • - A
  • 3-10-2024, 14:27

    Bu ölkə Ukrayna ilə 600 milyon dollarlıq müdafiə müqaviləsi imzaladı -



    Danimarka Ukrayna ilə 600 milyon dollarlıq müdafiə müqaviləsi imzalayıb.

    Azadmedia.az xəbər verir ki, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Kiyevdə Ukraynanın müdafiə naziri Rüstəm Umerov və strateji sənaye naziri Herman Smetanin ilə görüşüb, təxminən 600 milyon dollar dəyərində müdafiə tədarükü sahəsində gələcək əməkdaşlıq niyyəti haqqında bəyannamə imzalayıb.

    Belə ki, Danimarka müdafiə naziri açıqlamasında qeyd edib: “Bu saziş bizim Ukraynanın azadlıq mübarizəsini hər cür dəstəkləməkdə sarsılmaz qətiyyətimizi nümayiş etdirir. Avropa İttifaqı və Danimarka tərəfindən Ukraynanın müdafiəsi üçün ayrılan 600 milyon dolları təqdim etməkdən qürur duyuruq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR