“Dərman vasitələri ilə bağlı qanuna dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq”.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.
İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub.
Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.