AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub

  • + A
  • - A
  • 5-10-2024, 10:00

    Honkonqun yüzə yaxın sakini təhlükəli infeksiyaya yoluxub


    Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.

    Bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti nəzdindəki Sağlamlığın Qorunması Mərkəzi məlumat yayıb.

    Söhbət ST283 ştammına yoluxmadan gedir. Epidemioloji araşdırmanın nəticələri göstərib ki, 75 xəstə şirin su balıqları ilə təmasda olub.

    Son məlumata görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub. Xəstəxanaya yerləşdirilən 43 xəstənin vəziyyəti stabildir, daha dördünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

    Həkimlər dörd xəstənin həyatını xilas edə bilməyiblər, 40 nəfər isə xəstəxanadan buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR