İsrailin Hərbi Hava Qüvvələri Beyrutda radikal “Hizbullah” təşkilatının hərbi obyektlərinə yeni zərbələr endirib.
Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların hədəfləri Beyrutda “Hizbullah”ın döyüş qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumatı toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub.
Bundan əlavə, son bir neçə saat ərzində Beyrut ərazisində “Hizbullah”ın silah anbarlarına hava zərbələri endirilib. Bu zərbələrdən sonra orada silahların olduğunu göstərən partlayışlar qeydə alınıb.
Eyni zamanda İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda və ölkənin şərqindəki Bekaa vadisində “Hizbullah”ın infrastrukturuna hücum edib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.