Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib.
Bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb.
Onyn sözlərinə görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Fəqihini 5 il azadlıqdan məhrum edib.
“Ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunan azərbaycanlı vəkil barədə əlavə cəza da verilib. Belə ki, Məhəmmədrza Fəqihi həbs cəzasını çəkdikdən sonra 2 il müddətinə vəkillik fəaliyyəti göstərə, ölkədən çıxa, siyasi təşkilat və qruplara üzv ola bilməz.
Qeyd edək ki, Tehranda yaşayan ərdəbilli Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.