Ermənistan XİN: Moskvada Bayramovla Mirzoyanın görüşü planlaşdırılmır
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılmayıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Azərbaycanın xarici işlər naziri ilə ayrıca görüş nəzərdə tutulmayıb", - o bildirib.
Qeyd edək ki, Moskvada MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində bu gün Birliyin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.