Bakı, 11 oktyabr — Azadmedia.azMilli Məclisin deputatı Nizami Səfərov 106 Saylı Tovuz seçki dairəsindən olan vətəndaşların qəbulunu həyata keçirib.
Azadmedia.az xəbər verir ki, qəbulda 20 nəfər vətəndaş iştirak etməklə
rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri və digər rayon sakinləri olub.
Belə ki, keçirilən qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib.
Nəzərinizə çatdıraq ki, deputat Səfərovun seçiciləri ilə səmimi şəkildə keçirdiyi qəbulda səslənən məsələlər arasında - Şəhid ailələrinin müraciətinə uyğun olaraq, Şəhid adlarının əbədləşdirmiləsi, içməli və suvarma su problemi, məşğulluq, hüquqi yardım və sosial yönümlü məsələlər olub.
Deputat N.Səfərov səlahiyyətlərinə aid olan məsələləri nəzarətə götürüb və həlli üçün müvafiq addımlar atılıb.
Qeyd edək ki, qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.