Almaniya Ukraynaya daha əvvəl vəd etdiyi 600 milyon avro dəyərində hərbi yardım paketini təhvil verib.
Azadmedia.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
Belə ki, “Biz elə indicə Ukraynaya 600 milyon avro dəyərində yeni, geniş yardım paketi verdik”, - deyı kansler bildirib.
Həmçinin onun sözlərinə görə, yardım paketinə İRİS-T SLM zenir-raket kompleksi, PDM-lər, tanklar, özüyeriyən haubitsalar, sursatlar və dronlar daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.