Ermənistan vətəndaşlarında ədalət hissi yoxdur. Ona görə də, biz hər şeyi sıfırdan başlamalıyıq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, hökumətin vaxtı azdır və bu məqamdan başlayaraq Ermənistan vətəndaşlarının ədalət, qanunçuluq hissi və inamını gücləndirmək üçün addımlar atılmalıdır.
“Bu illər ərzində hökumət ölkədə ədalətin bərqərar olması üçün İstintaq Komitəsinin imkan və səlahiyyətlərinin genişləndirilməsi istiqamətində xeyli iş görüb. Təəssüf ki, indi biz Ermənistan vətəndaşlarının ədalət hissinə malik olduğunu deyə bilmərik. Ona görə də, bu istiqamətdə görüləsi xeyli vacib işlərimiz var”, – deyə Paşinyan vurğulayıb.(Globalinfo.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.