NATO-nun müdafiə nazirləri gələn həftə görüşəcək və Kremldən gələn təhlükəyə cavab olaraq alyansın Rusiyaya qarşı onilliklər boyu davam edən siyasətini yenidən düşünməyə başlayacaqlar.
Azadmedia.az xəbər verir ki, bu barədə "Politiko" nəşri məqalə dərc edib.
Nəşr qeyd edir ki, NATO ilə Rusiya arasında münasibətlər Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra "dibə vurub". NATO Rusiyanı “müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid” adlandırıb. Kreml isə NATO-nun şərqə doğru genişlənməsinin ekzistensial təhlükə yaratdığını iddia edir.
Bildirilir ki, gedişata baxmayaraq, NATO hələ də Rusiya ilə Təsis Aktını saxlayır. Bu, Sovet İttifaqının dağılmasından 6 il sonra, 1997-ci ildə imzalanmış və “sabit, sülhsevər və bölünməz Avropanın qurulması”nın ümumi məqsədini ifadə edən sənəddir.
Soyuq müharibədən sonra təhlükəsizlik məsələləri və müştərək layihələrdə əməkdaşlıq etmək üçün yaradılan bir qurum olan NATO-Rusiya Şurası 2022-ci ildən bəri bir araya gəlmir. Rusiya ilə münasibətlər bu illər ərzində durmadan pisləşib.
Adı açıqlanmayan ABŞ hökumətinin yüksək rütbəli rəsmisi deyib:
"NATO ölkələri hazırda Rusiyaya qarşı strategiyanın müxtəlif elementlərini təsvir etməyə və bizi NATO-Rusiya Təsis Aktının gələcəyi kimi mövzulara aparan alyans daxilində müzakirələri irəli sürməyə çalışırlar".
Rəsmi qeyd edib ki, əsas diqqət NATO-nun 32 ölkəsinin rəylərinin toplanmasına yönəldiyi üçün hələlik yeni strategiya layihəsi yoxdur. axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.