Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2025ci il il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyi də yer tutmuşdur.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, "Müharibə iştirakçıları və şəhid övladları üçün sosial proqramların təşkili" layihəsi çərçivəsində "Könüllü şəhidlər" adlı kitab şəhid və qazi ailələrdən olan 150 iştirakçıya kitabın təqdimat mərasimində paylanılacaq. Tədbirlər Nizami, Səbail və Yasamal rayonarı ərazisində nəzərdə tutulub.
Ümumilikdə 3 ay olan layihəyə 01.08.2025ci il tarixində start verilərək 31.10.2025ci il tarixində sonlandırılacaq.
Layihədə çərçivəsində təqdimatı keçiriləcək kitab, adından göründüyü kimi kitab Qarabağımızın həm faciə həm Zəfər tarixindən bəhs edir. Məqsəd bütün bunların Azərbaycan oxucusuna, eləcə də dünya ictimaiyyətinə çatdırmaqdır. Kitab təqvim şəklində xronoloji olaraq yazılışı nəzərdə tutulub. I Qarabağ və II Qarabağ (Vətən) müharibələrinin şəhidləri haqqında ətraflı məlumat veriləcək . Eləcədə Zəfər qələbəmizi gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır.
Layihənin rəhbəri: “Məlahətli Ana” uşaqlara yardım ictima birliyin sədri Natiq Əhmədov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.