İspaniyanın Baş naziri Pedro Sançes İsrailin Livanda BMT sülhməramlılarına qarşı hücumlarını pisləyib və beynəlxalq ictimaiyyəti İsrailə silah satışını dayandırmağa çağırıb.
Azadmedia.az xəbər verir ki, Sançes İspaniyanın 2023-cü ilin oktyabrında silah satışını dayandırdığını qeyd edib.
Belə ki, hadisə İsrailin “Hizbullah”a qarşı müharibəsi zamanı davam edən gərginliyə işarə edir.
Həmçinin Sançes Livanda BMT sülhməramlılarına qarşı hərbi əməliyyatları tənqid edib və İsrailə silah satışına beynəlxalq embarqo qoyulmasına çağırıb.
Mənbələr təsdiqləyiblər ki, İsrail qüvvələri cümə günü BMT sülhməramlılarının istifadə etdiyi müşahidə məntəqəsini hədəf alıb, nəticədə 2 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.