AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraq Prezidenti: Ölkəmiz İrana hücum üçün plasdarm olmayacaq

  • + A
  • - A
  • 14-10-2024, 09:30

    İraq Prezidenti: Ölkəmiz İrana hücum üçün plasdarm olmayacaq

    İraq qonşu ölkələr, o cümlədən İrana hücum üçün plasdarm olmayacaq.

    Bunu İraq Prezidenti Abdul Lətif Camal Rəşid İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə bildirib.

    Məlumata görə, İraq Prezidenti Livan və Qəzza zolağında müharibəni dayandırmaq üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib. O, müharibənin regionda mümkün genişlənməsinin qarşısını almağa çağırıb.

    Rəşid Qəzza zolağı və Livanda müharibənin davam etməsinin regional, qlobal təhlükəsizliyi, sabitlik və sülhü təhdid etdiyini də vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR