AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda qabaqlayıcı tədbirlər həyata keçirilib - FOTO

  • + A
  • - A
  • 15-10-2024, 13:21

    Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda qabaqlayıcı tədbirlər həyata keçirilib - FOTO


    Masallı, 15 oktyabr — Azadmedia.az


    Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda qabaqlayıcı tədbirlər həyata keçirilib.

    Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Bir daha sürüclərin diqqətinə çatdırılıb ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən həmçinin, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətaya yol verən sürücülər aşkarlanaraq barələrində protokollar tərtib edilib. Ümumilikdə, son bir ay ərzində Masallı rayonu ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən 1100 inzibati xəta aşkarlanaraq qanunamüvafiq tədbirlər görülüb ki, həmin sürücülərdən 19-u nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edənlər olub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR