AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstandakı mənzərə Moldova ilə müqayisədə daha mürəkkəbdir - Borrell

  • + A
  • - A
  • 15-10-2024, 15:33

    Gürcüstandakı mənzərə Moldova ilə müqayisədə daha mürəkkəbdir -


    Oktyabrın 14-də AB-yə üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan və Moldovada seçkiqabağı vəziyyəti müzakirə ediblər.

    Azadmedia.az bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell deyib.

    Belə ki, “Hər iki ölkəni qarşıdakı həftələrdə həlledici seçkilər gözləyir. Moldova Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Avropa Birliyinə üzv olmaq yolunda mühüm irəliləyiş əldə edib. Gürcüstandakı mənzərə Moldova ilə müqayisədə daha mürəkkəbdir. Hakim partiyanın hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni AB-yə üzvlük yolundan uzaqlaşdırır və avtoritarizmdən xəbər verir. Buna görə də Gürcüstanın AB-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, - deyə Borrell bildirib.

    Həmçinin Borrelin sözlərinə görə, qarşıdan gələn parlament seçkilərinin nəticələrini gözləmək lazımdır:

    “Bu, Gürcüstanın demokratiyası və Avropa Birliyinə qoşulma yolu üçün həlledici sınaq olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR