Tacikistanın “Harbmaydon” poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin Çevik Hərəkət Qüvvələrinin operativ toplanışı keçirilir.
Belə ki, bu barədə xəbəri qurumun Operativ Məlumat Mərkəzi yayıb.
Bildirilib ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və KTMT-nin Birləşmiş Qərargahından olan zabitlərin qatıldığı təlimlərdə bu və ya digər dövlətin ərazisinə daxil olan qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə döyüş əməliyyatlarının hazırlanması və keçirilməsinin əsasları üzrə məşğələlər icra olunur.
İştirakçılar Mərkəzi Asiya regionuna yönələn çağırışlar fonunda müasir tələblərə cavab verən hərbi əməliyyatların keçirilməsi, bu zaman hava hücumundan müdafiə, eləcə də radioelektron vasitələrdən istifadə, bu əməliyyatlara Radiasiya, Kimyəvi və Bioloji Qoşunların şəxsi heyətinin cəlbi üzrə tapşırıqları yerinə yetirəcəklər.
Toplanışın daha bir məqsədi “Sərhəd-2024” hərbi manevrləri ərəfəsində Mərkəzi Asiya Regionunun Kollektiv Çevik Hərəkət Qüvvələrinin vəzifəli şəxslərinin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Oktyabrın 16-da isə şəxsi heyətin hazırlıq səviyyəsi və döyüş əməliyyatlarının planlaşdırılması məsələləri nəzərdən keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.