Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərindəki çıxışında qeyd etmişdir ki, “Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”. Məsələ burasındadır ki, Cəbrayıldan bir neçə gün sonra böyük uğurla Hadrut əməliyyatı keçirildi, ondan sonra isə müvəffəqiyyətlə oktyabrın 17-də uğurlu Füzuli əməliyyatı keçirilmişdir ki, bu da öz növbəsində yolumuzu Şuşa, Zəngilan və Qubadlı istiqamətinə açmışdır.
Qürurverici hadisələr sırasında Cəbrayılın azad edilməsindən sonra dərhal geniş miqyaslı bərpa-quruculuq işlərinin başlanmasıdır.
Mənfur düşmən 30 il ərzində bu əraziləri yerlə yeksan etməsinə rəğmən, ən qısa müddətdə Cəbrayılda möhtəşəm işlər görülüb. Birinci məhəllədə 712 mənzili əhatə edən 33 bina inşa edilib. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın vaxtda nəzərdə tutulmuşdur.
Cəbrayıla 4-6 zolaqlı yolun çəkilməsi, rayonun elektrik təchizatı ilə təmin edilməsi və ümumiyytələ aparılan işlərin miqyası göstərir ki, ən qısa zamanda burada həyat öz adi axarına qayıdacaq. Xüsusilə qeyd etmək lazımdır ki, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması Cəbrayıl rayonunun inkişafı üçün əhəmiyyətli rol oynayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.