Bakı, 16 oktyabr — Azadmedia.az
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək.
Azadmedia.az xəbər verir ki, tədbir 16 oktyabr 2024-cü il tarixində ADA Universitetində keçirilib.
Belə ki, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 təşkilat komitəsinin üzvü Bahar Muradova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, COP29-Azərbaycan üzrə baş icraçı direktor, energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat iştirak ediblər.
Həmçinin konfrans çərçivəsində panel sessiya təşkil olunub.
Qeyd edək ki, panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.