"Moskva Astananın BRICS-ə hazırda üzv olmaqla bağlı mövqeyinə hörmətlə yanaşır".
Azadmedia.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Berik Ualinin prezident Kasım-Jomart Tokayevin Qazaxıstan hakimiyyətinin hazırda BRİCS-ə qoşulmaq üçün ərizə verməkdən çəkinəcəyi barədə jurnalistlərin suallarını cavablayarkən deyib.
Belə ki, “Qazaxıstan bizim dostumuzdur, strateji tərəfdaşımızdır, müttəfiqimizdir. Biz münasibətlərimizi dəyərləndiririk. Ona görə də təbii ki, Qazaxıstanın özü müəyyən təşkilatlarda iştirak formatına qərar verir”, - deyə Kreml sözçüsü vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.