AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Qəzza zolağının müharibədən sonrakı idarə olunması planını təqdim edə bilər - Blinken

  • + A
  • - A
  • 16-10-2024, 20:32

    ABŞ Qəzza zolağının müharibədən sonrakı idarə olunması planını təqdim edə bilər -


    ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkilərindən sonra Qəzza zolağının müharibədən sonrakı idarə olunması planını təqdim edə bilər.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Belə ki, söhbət İsrail və BƏƏ tərəfindən hazırlanmış təkliflərə əsaslanan plandan gedir.

    Bildirilir ki, Amerika administrasiyasındakı bəzi rəsmilər bu planın Fələstin Prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fələstin Milli Administrasiyasını diqqətdən kənar qoymaq kimi dəyərləndiriləcəyindən narahatdır. Portal yazır ki, təşəbbüs, digər məsələlərlə yanaşı, münaqişənin iki dövlətli həllini və Qəzzada humanitar yardım paylayacaq, asayişi təmin edəcək və Fələstin anklavını idarə etmək üçün zəmin yaradacaq beynəlxalq missiyanın yerləşdirilməsini nəzərdə tutur.

    Qeyd edək ki, Blinken və bir sıra digər ABŞ rəsmiləri Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın Prezident Cozef Baydenin səlahiyyət müddəti dövründə əldə oluna bilinməyəcəyini düşünür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR