Berlin və Ankara Ukraynada müharibənin başa çatdırılması üçün imkanları araşdırmaq üçün səy göstərirlər.
Bunu Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında söyləyib.
Şolts qeyd edib ki, onun ölkəsi və Türkiyə Ukraynadan yanadır.
“Lakin eyni zamanda biz bu müharibənin davam etməməsi üçün nə etmək lazım olduğunu öyrənmək üçün səy göstəririk”, – o bildirib.
Bununla yanaşı, Şolts vurğulayıb ki, Berlin və Ankara Ukraynada münaqişə fonunda NATO çərçivəsində birgə qətiyyətli addımlar atmağın zəruri olduğu barədə həmfikirdirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.