ABŞ artıq Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir.
Azadmedia.az xəbər verir ki, bu barədə “Le Monde” mənbəyə istinadən yazır.
Belə ki, nəşrin yazdığına görə, demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ-ın hazırkı lideri Co Bayden keçid dövründə Ukraynanın NATO-ya dəvət olunması məsələsində aktiv fəaliyyət göstərəcək. Bununla belə, ekspertlərin fikrincə, Respublikaçı Donald Tramp qalib gələrsə, vəziyyəti dəyişə bilər.
Həmçini. "Le Monde" məqaləsində qeyd edir ki, ABŞ-ın bu məsələ ilə bağlı qərarı Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan Almaniyanı belə razı sala bilər. Lakin, gözlənilir ki, Türkiyə və Macarıstan Ukraynanın tez bir zamanda alyansa daxil olmasına qarşı çıxacaq. Hollandiyanın müdafiə naziri Ruben Brekelmansın sözlərinə görə, NATO-ya üzv ölkələr arasında bu məsələ ilə bağlı hələ də yekdil qərar yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.