AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu iki ölkə qısa mənzilli antidron radarlarının birgə inkişafı ilə bağlı anlaşma memorandumu imzalayıb - KİV

  • + A
  • - A
  • Bu gün, 14:22

    Bu iki ölkə qısa mənzilli antidron radarlarının birgə inkişafı ilə bağlı anlaşma memorandumu imzalayıb -


    İtaliyanın “Fincantieri” şirkəti Qətərin “Barzan Holdings” şirkəti ilə qısa mənzilli antidron radarlarının birgə inkişafı ilə bağlı anlaşma memorandumu imzalayıb.

    Azadmedia.az xəbər verir ki, “Omega360” adlı proqram iki ölkə arasında daha geniş strateji əməkdaşlığın bir hissəsi kimi həyata keçiriləcək.

    Müqavilə İtaliyanın Baş naziri Corcia Meloni ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında Romada təhlükəsizlik və müdafiə tərəfdaşlıqları müzakirə edilən görüşdən sonra imzalanıb.

    İki lider birgə bəyanatlarında Qətərdə İtaliya hərbi logistika mərkəzinin yaradılması və regionda ixracın koordinasiyasının təşviqi ilə bağlı müzakirələri davam etdirdiklərini bildiriblər.

    Müqavilənin dəyəri təqribən 100 milyon dollardır və ilk vahidlərin 2026-cı ilin sonunadək istehsal olunacağı gözlənilir. Ordu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR