AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana qarşı təzyiqlər heç bir nəticə verməyəcək

  • + A
  • - A
  • 3-11-2024, 15:40

    Azərbaycana qarşı təzyiqlər heç bir nəticə verməyəcək

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Avropa Parlamenti cari ilin 24 oktyabr tarixində 22 bənddən ibarət “Azərbaycanda vəziyyət, insan hüquqlarının pozulması və Ermənistanla münasibətlər haqqında” qətnamə qəbul edib.
    Qətnamənin mətni ilə tanışlıqdan sonra belə bir təsəvvür yaranır ki, bu sənəd hər bir deputatının illik saxlanılması vergi odəyicilərinə 2 milyon avrodan çox bir məbləğə başa gələn və 446 milyon avropalını təmsil edən qanunverici və nümayəndəli qurum tərəfindən deyil, Ermənistan parlamentində qəbul edilib. Birmənalı olaraq qeyd etmək lazımdır ki, ölkəmizə qarşı bu cür cılız cəhdlərin arxasında “İqlim dəyişmələri haqqında BMT-nin Çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının - COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq niyyəti durur.

    Qətnamənin preambulasının “R” bəndində Qarabağın erməni əhalisinin öz arzusu ilə təhlükəsiz və güvənli şəraitdə regionu tərk etməsi “etnik təmizləməyə bərabər hərəkətlər” kimi qələmə verilir. Birmənalı olaraq qeyd olunmalıdır ki, bu cür iddialar istər siyası cəhətdən, istərsə də hüquqi baxımdan məsuliyyətsizlik və selektiv yanaşmanın bariz nümunəsi kimi qiymətləndirilməlidir.
    Ümumiyyətlə “etnik təmizləmə” termini beynəlxalq hüquqi leksikona 1992-ci ildə keçmiş Yuqoslavia ərazısındə əhalinin etnik cəhətdən eyniliyini təmin edilməsi ilə bağlı daxil omuşdur. İlk dəfə olaraq qeyd edilən termin BMT-nin Təhlükəsizlik Şurasının 13 avqust 1992-ci il tarixli 771 saylı qətnaməsində əksini taparaq, beynəlxalq humanitar hüququn kobud pozuntusu kimi qiymətləndirilmişdir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Ekspert komissiyasının Baş Katibə 1993-ci il tarixli Aralıq məruzəsində “etnik təmizləmə” qəsdən adam öldürmə, qanunsuz həbslər və azadlıqdan məhrum etmə, cinsi zorakılıq, işğəncələr, əhalinin zorakı transferləri, əmlaklarının məhv edilməsi kimi tövsif edilmişdir. Bu mənada gerçək “etnik təmizləmənin” qurbanları Ermənistanda yaşamış və qeyri-insani, qəddar üsullarla deportasiya edilən, Qarabağ bölgəsində soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətlərinin törədilməsi vasitəsi ilə qovulan milliyətcə azərbaycanlılardır. Ölkəmizə qarşı irəli sürülən tamamilə əsassız iddialarla heç bir dövlət və ya beynəlxalq təşkilat məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Müasir şəraitdə Azərbaycan beynəlxalq müstəvidə ən ciddi söz sahibidir, dövlətimiz Ölkə Başçısının rəhbərliyi altında müstəqil xarici və daxili siyasət aparır və hansısa hibrid təhdid və ya xarici müdaxilə cəhdi Azərbaycanı bu yoldan döndərə bilməz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR