Moldova prezidenti vəzifəsini icra edən Maia Sandu dövlət başçısı seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib. O, X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq yazı dərc edib.
“Moldova, bu gün siz qalib gəldiniz. Biz birlikdə birliyimizin gücünü, demokratiyamızı və layiqli gələcəyə sadiqliyimizi nümayiş etdirdik”, - deyə siyasətçi yazıb.
O, respublika vətəndaşlarına da minnətdarlığını bildirib.
Azadmedia.az xatırladır ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Moldova Mərkəzi Seçki Komissiyası seçici fəallığının 20%-i ötdüyü üçün ölkədə prezident seçkilərinin ikinci turunu keçirilmiş kimi tanıyıb.
Oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda Sandu 42,49 faiz, Stoyanoqlo isə 25,95 faiz səs toplayıb. Moldovada prezident seçkilərinin gedişini izləyən müşahidəçilər 141 qanun pozuntusu qeydə alıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.