Millət vəkili Samir Vəliyev Nərimanov rayonunda şəhid ailəsini ziyarət edib - FOTO
Bakı, 10 noyabr — Azadmedia.azMillət vəkili Samir Vəliyev Nərimanov rayonunda şəhid ailəsini ziyarət edib.
Azadmedia.az xəbər verir ki, 09.11.2024-cü il tarixdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən Milli Məclisin deputatı Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Vətən müharibəsi şəhidi Səidov Ələddin Azər oğlunun ailəsini evində ziyarət edib. Şəhidimizin əziz xatirəsini ehtiramla yad edən millət vəkili Samir Vəliyev şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların arzu və istəklərini dinləyib. S.Vəliyev qeyd edib ki, şəhid ailələrinə, Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli ölkə başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir.
Şəhidin atası Azər Səidov və ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər, məişət şəraitlərindən, şəhid ailələrinə olan diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR