AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAP yarandığı gündən bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir”

  • + A
  • - A
  • 21-11-2024, 13:50

    “YAP yarandığı gündən bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir”

    Manaf Manafov
    Nərimanov rayon Mənzi-Kommunal Təsərrüfatı Birliyinin rəisi


    Ölkəmizin ictimai-siyasi həyatında silinməz izlər buraxan, bugünümüz və sabahımızın təminatçısı, bizi gələcəyə doğru müvəffəqiyyətlə aparan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından artıq 32 il keçir. YAP ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi şəraitdən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək xalqımızın arzu və istəklərinin ifadəçisi kimi yaranan uğurlu partiyadır. Bəli, Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir hadisə idi. Beləliklə, 16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycan dövlətinin tarixində vacib əhəmiyyət kəsb edərək  yaddaşlara həkk oldu. Elə həmin dönəmdə, bir qrup ziyalımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər.
    Məhz həmin dövrdə, Ümummilli lider Heydər Əliyev 91 nəfər ziyalının müraciətinə cavab olaraq, “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, deyə bildirdi.
    Bəli, bu belə də oldu, 1992-ci ildən başlanan tarixi inkişaf yolu ölkəmizə davamlı uğurlar qazandırır.  Fəxrlə qeyd edə bilərəm ki, artıq bu gün tarixi Zəfərimizdən və onun yaratdığı rellıqlardan bəhs edirik. Bu reallıqları qalib Azərbaycan dövləti və onun başında dayanan Ulu Öndərin uğurlu davamçısı cənab Prezident İlham Əliyev yaradıb. Həmçinin keçirilən qurultayın yeni qərarları, 44 günlük tarixi Zəfərimizin qarşıya qoyduğu hədəflərin uğurlu icrası gələcəyə daha mühüm addımlarla irəliləməyə çağırışlar edir. İnanıram ki, Yeni Azərbaycan Partiyası  bundan sonra daha da möhtəşəm uğurlara imza atacaq. YAP reallaşdırılan siyasətin alternativsizliyi davamlı uğurların müşaiyətçisidir. Bu gün, YAP-ın hər bir üzvü belə dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur, həmçinin Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak edirlər. Bu ideyalar azərbaycançılıq ideologiyası əsasında qurulmuş, ölkəmizin dünəninin, bu gününün və sabahının əsasıdır. Bütün bunlarla bərabər, Yeni Azərbaycan Partiyası öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu da stimullaşdırır. Onu da qeyd edim ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir və hazırda Azərbaycanda aparılan siyasi dialoq təcrübəsi məhz YAP-ın təşəbbüsləri ilə zənginləşir. Bütün bunlar həm də, milli həmrəyliyin yeni inkişaf mərhələsinin göstəricisidir.
    Bəli, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının partiyasıdır. Ümummilli Lider Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa bir zamanda, ümumxalq partiyasına çevrilmiş YAP yarandığı gündən bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər - vətənə sadiqlik və ümummilli maraqlara sədaqətdir. Əlbətdə ki, YAP ölkədə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiya olmuşdur. Sözsüz ki, milli birlik uğrunda yeni səhifədə - YAP partiyalararası siyasi dialoqu stimullaşdırıb.
    Ən əhəmiyyətlisi də budur ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu gün, Azərbaycanda aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir.
    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.”
    Bəli, Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Bütün bunlarla yanaşı, açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar, formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Həmçinin iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
    Bu gün, YAP təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın Ulu Öndəri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.. İnanırıq ki, ümumxalq partiyası olan YAP önümüzdəki illər ərzində də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir, müstəqil və qüdrətli Azərbaycan dövlətinin gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələrini verəcək və yüksək fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcəkdir. Eyni zamanda, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan YAP, əldə etdiyi uğurlarla heç vaxt kifayələnməyəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR