AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər üçün “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı həyata keçirilib.

  • + A
  • - A
  • Bu gün, 17:43

    Gənclər üçün “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı həyata keçirilib.

    Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və PMO layihə və düşüncə məktəbinin təşkilatçılığı ilə həyata keçirilən “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramı keçirilib. Proqramda 17-26 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 30 gənc iştirak edib.

    Proqram çərçivəsində iştirakçılara praktiki və nəzəri biliklər üzrə 4 moduldan ibarət təlim proqramı təqdim edilib. Proqrama uyğun olaraq layihələrin idarəedilməsinin əsasları, nizamnamə, kommunikasiya, maraqlı tərəflər, məzmun, resurslar, vaxt cədvəli, büdcə, satınalma, risk, keyfiyyət mövzuları əsasında təlimlər keçirilib.

    İştirakçılar proqramın sonunda 5 ayrı komanda şəklində layihələrini təqdim ediblər. Komanda üzvlərinin layihələri münsiflər heyəti tərəfindən dəyərləndirilərək müxtəlif meyarlar üzərindən qiymətləndirilib. Proqramın sonunda iştirakçılar sertifikatla təltif edilib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR