Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinə zənginə ironiya ilə reaksiya verib.
Azadmedia.az xəbər verir ki, Zelenski Suriyanın devrilmiş və Rusiyaya qaçan prezidenti Bəşər Əsədlə müqayisə aparıb.
Belə ki, "Hamımız ümid edirik ki, Viktor Orban heç olmasa, Moskvaya zəng edib, Əsədin bir saatlıq mühazirələrini dinləməyəcək. Tamamilə aydındır ki, real sülhə və təminatlı təhlükəsizliyə nail olmaq ABŞ-ın qətiyyətini, Avropa Birliyini və bütün tərəfdaşların BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etmək öhdəliyini tələb edir", - deyə Zelenski vurğulayıb.
O, həmçinin siyasətçiləri birlik bahasına öz imicləri ilə oynamamağa, ümumi uğurun qayğısına qalmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.