Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.
Bu barədə TBMM sədri paylaşım edib.
Numan Kurtulmuş iki ölkə arasında münasibətlərin hər sahədə genişlənməsindən məmnun olduqlarını vurğulayıb: “Bir millət, iki dövlət” anlayışı ilə müştərək fikirlərə sahib olduğumuz və birlikdə hərəkət etdiyimiz qardaş Azərbaycan ilə birgə bölgəmizdə sülh və sabitlik üçün hər cür səyi ortaya qoymağa davam edəcəyik”.
TBMM sədri Sahibə Qafarovanın səfəri ilə parlamentlər arasında əlaqələrin daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.