Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Saziş imzalanıb.
Bu barədə TASS məlumat yayıb.
Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.
Sənəd Moskva ilə Tehran arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır. Müqavilə onların strateji tərəfdaş statusunu təmin edir. Saziş, həmçinin uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.
İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.