Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında ciddi azalma baş verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin məlumatında bildirilib.
Belə ki, məlumatda deyilib ki, Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır. Eyni vəziyyət Avropa Birliyində və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.