AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • Bu gün, 10:13

    Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

    Ədliyyə naziri Fərid Əhmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

    Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

    Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR