Prezident Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin təkcə özünün və Prezident Vladimir Putinin iştirakı ilə həll oluna bilməyəcəyini vurğulayıb.
O, bu barədə Münxen Təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
Zelenski deyib ki, bu müharibə yalnız bir neçə lider tərəfindən həll edilə bilməz:
"Nə Tramp və Putin, nə mən və Putin, nə də Putinlə təkbətək görüşən hər hansı bir şəxs tərəfindən müharibənin həll edilməsi mümkün deyil. Biz həqiqi sülhə nail olmaq üçün birlikdə təzyiq göstərməliyik".
O, Ukraynanın Rusiya ilə atəşkəs razılaşması imzalamasının şərtlərini də açıqlayıb:
"Biz Rusiyaya qarşı real təhlükəsizlik zəmanətləri olmadan, təzyiq göstərilmədən və Rusiyanı nəzarətdə saxlamaq üçün sistem olmadan sadəcə atəşkəsə razılaşa bilmərik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.