AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova Nasir Al-Maavali ilə görüşdü - Fotolar

  • + A
  • - A
  • 17-02-2025, 18:21

    Sahibə Qafarova Nasir Al-Maavali ilə görüşdü - Fotolar

    Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali ilə görüşüb.

    Görüşdə plenar sessiyanın məhsuldar keçiriləcəyinə və vacib məsələlərin müzakirə ediləcəyinə inam ifadə olunaraq, APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olduğu diqqətə çatdırılıb.

    Bu cür platformaların həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət etdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycan və Oman Sultanlığı arasında siyasi əlaqələrin və dialoqun yaxşı səviyyədə olmasından məmnunluq ifadə edilib. Bildirilib ki, xalqlarımız arasında mövcud olan tarixi, dini və mədəni əlaqələr ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. Ölkələrimiz arasında iqtisadi, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün hər cür imkan var.

    Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstək mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Ölkəmizin sədrliyi ilə Parlament Şəbəkəsinin təsis konfransından bu günə qədər təşkilatın institusional əsaslarının yaradılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Nasir Al-Maavali ölkəsinin digər təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də Azərbaycana dəstəyini bir daha ifadə edib. Qonaq tədbirdə iştiraka dəvətə, yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilata tam hüquqlu üzv olmasından məmnunluğunu bildirib. O, paytaxtımızın evsahibliyi ilə keçəcək 15-ci plenar sessiyasının təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcəyinə inamını ifadə edib. Görüşdə Azərbaycan və Oman arasında parlamentlər müstəvisində də əlaqələrin xüsusilə son illərdə daha da inkişaf etdiyi qeyd edilərək, qarşılıqlı səfərlərin və təmasların bu münasibətlərə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR